Tərbiyəçi müəllim vəzifəsi üzrə müsahibə davam edir

21.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsahibəsi davam edir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilir.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью