Tərbiyəsiz tələbələri sinfindən QOVUR

25.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Arif Babayev, Əlibaba Məmmədov, Canəli Ələkbərov, Ağaxan Abdullayev gələndə biz dik dururduq. Tələbə olanda Süleyman Ələsgərovu görən kimi əlimdəki yeməyi də gizlədirdim. Biz bunları tələbələrə aşılamaq istəyirik".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Günə bax" verilişində deyib. Xanəndə tələbələrindən danışıb. O bildirib ki, tərbiyəsini bəyənmədiyi tələbələri sinfindən qovur:

"Bəziləri buna riayət etmir. Bunu da onların vicdanına buraxmışıq. Belələri azdır. Tərbiyəsi nizamda olmayanı hər zaman birinci mərhələdən sonra sinifdən çıxardıram. Belə şeyləri götürə bilmirəm". /Axşam.az 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью