Tərəfdarları arasında Trampdan narazılıq var VİDEO

15.07.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “The Atlantic” nəşrinin yazdığına görə, ABŞ-nin Ukraynaya birbaşa silah göndərməməsi Donald Trampa MAGA (Make America Great Again) hərəkatındakı təcridçilər arasında manevr etmək üçün daha çox imkan yaradır.
“ABŞ məmurları gələcəkdə Ukraynaya əlavə silahların göndərilib-göndərilməyəcəyi ilə bağlı heç bir açıqlama verməyib. Həmçinin Amerika liderinin Ukraynaya kömək etmək qərarı Trampın qəfildən həmin ölkəyə və ya onun prezidentinə hüsn-rəğbət hissinə qapılması demək deyil”, - məqalənin müəllifləri vurğulayırlar.
Putindən inciyən Tramp Avropanı məyus etdi | VİDEO Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri ABŞ prezidenti Trampın NATO ölkələri vasitəsilə Ukraynaya Amerika silahlarının tədarükü barədə açıqladığı yeni planın onun müttəfiqlərini əməlli-başlı çaşdırdığını yazıb.
Eyni zamanda, bu istəklərin planlaşdırılmasının hansı mərhələdə olduğu hələlik bəlli deyil. Bəzi media resurslarının yaydığı məlumata görə, həm Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Müdafiə nazirliklərinin təmsilçiləri, həm də ABŞ-nin müttəfiqləri Amerika liderinin Kiyevə silah tədarük etmək planını açıqladığı mətbuat konfransından sonra qəzəbləniblər.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью