“Tərəfdarların stadiona gəlməsini istəyirsinizsə...” “Göyqurdlar” AFFA nı qınadı

21.02.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bilindiyi kimi, qadın futbolçulardan ibarət yığma bu gün Millətlər Liqasında ilk oyununu keçirəcək. C Liqasının 4-cü qrupunda yer alan millimiz “Liv Bona Dea Arena”da Monteneqronu sınağa çəkəcək.

“Football-plus.az” xəbər verir ki, yığmamızın bu matçda dəstəksiz qalmaq ehtimalı böyükdü. Çünki “Göyqrudlar” azarkeş qrupu oyunda iştirak etmək istəməyib. Fanklub bununla bağlı bəyanat yayıb:

“Azərbaycan - Monteneqro matçında iştirak planını hava şəraitinin kəskin pisləşməsi səbəbindən ləğv edirik. Son məlumata əsasən, əksər şəhərkənarı yollar buz bağlayıb. Bu, nəqliyyat üçün təhlükəlidi. Bizim üçün ən vacib məsələ üzvlərimizin təhlükəsizliyi və sağlamlığıdı. Buna görə belə qərar vermək məcburiyyətindəyik. Soruşuruq: belə hava şəraitində, özü də qış fəslində, şəhərdən kənarda yerləşən stadionda oyun təşkil edərkən azarkeşləri düşünürdüzmü? Tərəfdarların stadiona gəlməsini istəyirsinizsə, növbəti dəfə “11” dəfə düşünün. Hər zaman komandamızın yanındayıq, amma bu münasibəti də görmək istəyirik. Azarkeş, sadəcə, bilet alan müştəri deyil, futbolun ruhudu!”


Xatırladaq ki, oyun saat 15.00-da başlayacaq.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью