Tərəfdaşlıq daha da gücləndirəcək | Icma.az
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məlumdur ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
Ölkələrimiz və xalqlarımız arasında artıq uzun müddətdir ki, dərin tarixi, mədəni və dini köklər əsasında qurulmuş möhkəm dostluq əlaqələri, çoxşaxəli münasibətlər mövcuddur.
Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi zamanı hər zaman ölkəmizə güclü siyasi dəstək göstərib.
Həmçinin Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.
Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.
Fevral ayının 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana etdiyi rəsmi səfəri isə bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə yeni təkan verəcək.
Səfər çərçivəsində Azərbaycan və Pakistan rəhbərlərinin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub.
Tam oxu
Xəbəri oxu