Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Abu-Dabidə baş tutmuş Azərbaycan və Ermənistan rəhbərlərinin sülh müqaviləsi ilə əlaqəli ikitərəfli görüşünü tarixi hadisə kimi dəyərləndirmək olar.
Tərəflərin vasitəçisiz görüşü, əslində sülh üçün ən yaxşı platformadır".Newscenter.az xəbər verir ki.
bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Axər Qasımov səsləndirib.
Onun sözlərinə görə, əgər tərəflər ikili olaraq bir neçə saat öz məsələlərini özləri həll etməyə maraqlıdırlarsa, deməli, sülh istəyində də səmimidirlər:"Təbii ki, müzakirə ediləcək məsələlər çoxdur.
Görüş iştirakçılarının tərkibi də belə fikirləşməyə əsas verir. Əsas odur ki, açıq qalan, müzakirə edilməyəcək məsələnin olmadığı görünür.
Ermənistanın konstitusiya dəyişikliyi məsələsinin həll edilməsi durumunda sülh müqaviləsi imzalanması mümkündür".
Azər Qasımov qeyd edib ki, Ermənistanda parlament seçkiləri gələn il olacaq və bundan sonra konstitusiya dəyişikliyi üçün referendum ola bilər:"Paşinyan da böyük təzyiq altındadır.