“Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün şərəf və qürur mənbəyidir | Icma.az
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün böyük bir şərəf və qürur mənbəyidir.
Bu ali mükafata layiq görülmək mənim kiçik fəaliyyətimə verilən yüksək dəyərin göstəricisidir.
Prezidentin bu təltifi gələcək fəaliyyətim üçün daha böyük məsuliyyət yaradır.
Mənə bu etimadı göstərdiyinə görə cənab Prezidentə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".
Bu sözləri Azxeber.com informasiya portalının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O qeyd edib ki, jurnalist fəaliiyətinin ən böyük mükafatına layiq görülüb: "Prezident tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün unudulmaz bir hadisədir.
Bu ali mükafat, 17 illik mətbuat fəaliyyətimə verilən yüksək dəyərin göstəricisidir.
Tam oxu
Xəbəri oxu