Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. “İyulun 21-də möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik
Çox xoşbəxtəm ki, təltif olunanlar arasında mən də varam. “Tərəqqi” medalı mənim 24 illik jurnalist fəaliyyətimə verilən ən böyük qiymətdir.
Bu mükafat həm də bütövlükdə müasir Azərbaycan mediasında öz yeri və dəsti-xətti olan “Bizim.Media” kollektivinin uğurudur”.Bunu Demokrat.az
Onun sözlərinə görə rəhbərlik etdiyi sayt İkinci Qarabağ savaşı başladığı gün – 27 sentyabr 2020-ci ildə fəaliyyətə başlayıb və elə ilk günd
Hər kəs söz və fikir azadlığına sahibdir. Eyni zamanda, Azərbaycan mətbuatı regionda daha geniş miqyasda dövlət qayğısı ilə əhatə olunub.
Yazılı və elektron KİV-lərin sayına baxanda bunu aydın görmək olar”.Anar Tahirov qeyd edib ki, hər bir media orqanının rəhbəri çalışmalıdır ki, kollektiv daha peşəkar olsun, oxucuya, izləyiciyə ötürülən istənilən məlumatın xəbər yükü olsun.
Ötürülən hər bir informasiya qarşı tərəfi təkcə əyləndirməsin, həm də maarifləndirsin:“Belə olarsa, o zaman mətbuatımız daha güclü, sözümüz daha kəsərli olar.
Və ən başlıcası, regional gücdən beynəlxalq oyunçuya çevrilməkdə olan Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına daha böyük xidmətlər göstərmiş olarıq.