Tərəvəzlər kəskin UCUZLAŞDI QİYMƏTLƏR

29.01.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda bazar və marketlərdə pomidorun 1 kiloqramı 1-2 manat, xiyarın kiloqramı isə 1 manat civarında dəyişir. Halbuki ötən ilin eyni dövründə bu tərəvəzlərin qiyməti xeyli baha idi.
Bəs xiyar-pomidorun bu qədər ucuz olmasının səbəbi nədir?
Suala Bizim.Media üçün aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırda tərəvəzlərdə ucuzlaşmanın əsas səbəbi ixraca yönəldilən məhsulun bir hissəsinin daxili bazara yönləndirilməsidir:
“Xarici bazarlarda tələbin azalması və ya ixrac imkanlarının məhdudlaşması nəticəsində fermerlər və tədarükçülər məhsulu ölkə daxilində satışa çıxarmağa üstünlük verirlər. Bu isə daxili bazarda təklifin artmasına, nəticə etibarilə qiymətlərin aşağı düşməsinə səbəb olur. Təklif artdığı halda tələb əvvəlki səviyyədə qaldığından qiymətlərdə ucuzlaşma müşahidə edilir. Yəqin ki, bu tendensiya bir müddət davam edəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью