Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün qədim Roma ədəbiyyatının "qızıl dövrü"nün şairi, filosof Kvint Horatsi Flakkın anım günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Biz yalnız toz və kölgəyik.
*
Başla, cəsarətli ol və müdrik olmağa cəhd et.
*
Ulduzlara baxanda Tanrının qüdrətini hiss edə bilməyən bir insanın, ümumiyyətlə, hər hansı bir şeyi hiss etmək qabiliyyətinə şübhə edirəm.
*
Zehninə hökm et, yoxsa o sənə hökm edəcək.
*
Tamahkar insan həmişə ehtiyac içindədir.
*
Başlayan işin yarısını görmüş deməkdir.
*
Uğursuzluqlar firavan şəraitdə yatıb qalan istedadları üzə çıxarmaq gücünə malikdir.
*
Qəzəb qısamüddətli dəlilikdir.
*
Nə məsləhət verirsənsə ver, qısa de.
*
Doğru yaşamaq anını təxirə salan kəs, çayı keçmək üçün onun qurumasını gözləyən kəndliyə bənzəyir.
*
Aza qane olub yaşamağı bacarmayan hər kəs həmişə qul olacaq.
*
Söz ağızdan çıxdımı, onu geri qaytarmaq mümkün deyil.
*
Sevgi və gülüş olmadan heç bir sevinc yoxdur, sevgi və gülüş içində yaşayın.
*
Niyə gülürsən? Sadəcə adı dəyişsən, bu hekayə sənin haqqındadır...
*
Sabahın nə gətirəcəyini soruşmağı burax və taleyin verdiyi hər günü qazanc hesab et.
*
Ölüm eyni şəkildə həm yoxsulun daxmasının, həm də padşahların saraylarının qapısını döyür.
*
Bilməyə cəsarət et.
*
Mən tamamilə ölməyəcəyəm və mənim böyük bir hissəm məzardan xilas olacaq.
*
Tərifə ac olan bir zehni yıxmaq və ya yenidən bərpa etmək nə qədər cüzi və əhəmiyyətsiz bir şeydir.
*
Taleyi çox sevənləri tale axmağa çevirər.
*
Dünənin həddini aşması ilə yüklənmiş bədən zehni də özü ilə bərabər aşağı çəkir.
Türk dilindən tərcümə etdi: Aydan Ağayeva
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izlədı "Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj Futbolçunun çin çıxan yuxusu - Rafiq Ələkbərin yeni hekayəsi