Terim də Bakıya gəlir

14.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycana səfər edəcək.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) iştirak etmək üçün gələcək.

O, “Qarabağ” klubunun təşəbbüsü ilə konfrans çərçivəsində dünya klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.

Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.

Dünya futbolu Fatih Terim istefa verdi

17 May 2024, 13:39

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью