Terim “Qarabağ”ın bazasını ziyarət etdi

17.11.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fateh Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov "Qarabağ" klubunun bazasını ziyarət edib.

Axar.az xəbər verir ki, qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanov ilə görüşüb.

Sonra Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və "Qalatasaray"ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda klubun adından xüsusi hədiyyə təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью