Terim Türkiyə millisinə inamını itirmir: 2008 dəki kimi

15.06.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Fatih Terim Türkiyə millisinin DÇ-2026-dakı vəziyyətini dəyərləndirib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk oyunda Avstraliyaya 0:2 məğlub olan komandanın mübarizəni sonadək davam etdirməli olduğunu bildirib.

Terim 2008-ci il Avropa çempionatını xatırladaraq bunları deyib:

“Bu oyun bitdi. Bitən hər şey başqa bir başlanğıcdır. Qarşıda 2 matçımız var. EURO-2008-də Portuqaliyaya 0:2 hesabı ilə uduzmuşduq, sonra yarımfinala qədər getdik. Türkiyə millisinin qarşısında hələ 2 oyun var. Əsas məsələ son matça qədər mübarizəni davam etdirməkdir. Bir qələbənin belə çox şeyi dəyişə biləcəyi turnirdəyik”.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda növbəti oyununu iyunun 20-də Paraqvaya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

Fil Dişi Sahili 3 xalı son dəqiqədə qazandı – YENİLƏNİB DÇ-ya buraxılmayan hakimə təsəlli – FIFA pulunu verəcək Türkiyə üçün fəlakət ssenarisi – DÇ macərası bitə bilər Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız” Naqelsmandan 7:1-lik qələbəyə şərh – “Kurasao da futbol oynaya bilir”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью