Terim və “Qalatasaray” rəsmiləri “Qarabağ”ın bazasında

17.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın dəvəti ilə ölkəmizə səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov "atlılar"ın bazasını ziyarət edib. Sport24.az xəbər verir ki, qonaqlar ilk öncə komandanın məşqini izləyib və komandamızın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb.

Sonra "Qarabağ"ın baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və "Qalatasaray"ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda "Qarabağ" adından xüsusi hədiyyə təqdim edilib.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью