Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Şabab”ın yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı İmanol Alquasilə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.
“Əl Şabab”ı ötən mövsüm Fatih Terim çalışdırıb. Komanda çempionatı 6-cı sırada bitirib. Terim mövsüm başa çatdıqdan sonra öz istəyi ilə klubdan ayrılıb.
İmanol son olaraq İspaniyada “Real Sosyedad”da çalışıb.