Terimin evindən 5 ulduzlu Qalatasaray bayrağı asıldı!

14.05.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə çempionatında sona 3 tur qalmış ən yaxın rəqibindən 8 xal öndə olan ''Qalatasaray'' çempionluğu rəsmiləşdirməyə hazırlaşır.
''Football-plus.az'' xəbər verir ki, həftəsonu İstanbul nəhəngi evdə ''Kayserispor''a uduzmayacağı təqdirdə ardıcıl 3-cü, tarixinin 25-ci çempionluğunu qazanacaq. Bu həm də o deməkdi ki, ''Cim-Bom'' Türkiyə futbolunda 5-ci ulduzu qazanan ilk komanda kimi tarixə düşəcək.
Bu arada həm ''Qalatasaray'', həm də Türkiyə futbolu tarixinə damğa vurmuş Fatih Terim artıq indidən maraqlı bir hərəkəti ilə diqqət çəkib. Belə ki, ''İmperator''un Bodrumdakı evində indidən 5 ulduzlu ''Qalatasaray'' bayrağı dalğalanmağa başlayıb. Terim evinə 12 may Çanakkale zəfərinin ildönümü günündə 25-ci çempionluğu təmsilən 5 ulduzlu ''Qalatasaray'' bayrağı asıb!
Qeyd edək ki, bu 25 çempionluqdan 8-i məhz Terimlə qazanılıb. Xatırladaq ki, bu mütəxəssis hazırda Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Şabab''ı çalışdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью