Icma.az bildirir, Footbal-plus portalına istinadən. Fatih Terimin çalışdırdığı ''Əl-Şabab'' növbəti oyununu keçirib.
''Football-plus.az'' xəbər verir ki, Ər-Riyad təmsilçisi Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda ''Əl-Taavun''un qonağı olub.
Oyun ''İmperator''un kollektivi üçün uğurlu başlayıb. 18-ci dəqiqədə Abderrazak Hamdalla penaltini dəqiq yerinə yetiribsə, çox keçmədən Uesl
Meydan sahibləri fasilə ərəfəsində qollardan birinin əvəzini çıxıblar. Bundan başqa ''Əl-Taavun'' 45+10-cu dəqiqədə azlıqda qalıb.
Amma ''Əl-Şabab'' ikinci hissədə üstünlüyünü qoruya bilməyib və ötən tur yaşadığı kabusu yenə yaşayıb.
70-ci dəqiqədə gələn bərabərlik qolu ilə oyun 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, ötən tur ''Əl-Şabab'' evdə ''Əl-Qədsiyə'' ilə oyunda 2:1 öndə ikən azlıqda qalan rəqib 2 qol vuraraq 3:2-lik əzmkar qələbə qazanmağı bacarmışdı.
Beləliklə, ''Əl-Şabab'' Terimin başçılığı altında 9-cu rəsmi oyundan ilk dəfə bərabərliklə ayrıldı.