Tərk edilmiş evləri alıb özünə kənd qurdu Fotolar

25.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xorvatiyada tərk edilmiş köhnə tikililəri ucuz qiymətə satın alaraq özünəməxsus kənd yaradan amerikalı sosial şəbəkə fenomeni Castis Ridin (Justice Reed) layihəsi böyük marağa səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.
Məlumata görə, Castis Rid ilin əvvəlindən etibarən Xorvatiyanın Hrvatsko Zaqorye bölgəsində, eyni kəndin sərhədləri daxilində yerləşən ümumilikdə 8 tərk edilmiş tikilini satın alıb.
Bloqer aldığı 8-ci mülkü — təpə üzərində yerləşən kiçik evi gəzərkən divarda keçmiş Yuqoslaviya Prezidenti İosip Broz Titonun çərçivəyə salınmış fotosu ilə qarşılaşıb. O həmin evi 5 min avroya alıb.
"Bura mənim kəndimdir, artıq yeni ev almayacağam" deyərək ev almağı dayandırdığını bildirən Rid, əlində olan 8 tikilinin bərpa (restavrasiya) prosesini addım-addım sosial media hesablarında izləyiciləri ilə bölüşəcəyini açıqlayıb.


Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью