“Tərksilah məsələsi müzakirə edilmir”

11.10.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Qəzzadakı HƏMAS hərəkatı silahlarını təhvil verməyəcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

HƏMAS-ın adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə görə, tərksilah məsələsi müzakirə mövzusu da deyil. O, əlavə edib ki, birinci mərhələdəki danışıqlar çərçivəsində bu məsələ ilə bağlı qərar qəbul edilməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donlar Tramp daha əvvəl bildirmişdi ki, HƏMAS-ın silah təhvil verməsi məsələsi sülh planının növbəti – ikinci mərhələsində nəzərdən keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью