Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Kəpəz"in sabiq baş məşqçisi Tərlan Əhmədov klub daxilində gedən prosesləri şərh edib.
İdman.biz xəbər verir ki, 54 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında Gəncə komandasında gedən proseslərin çoxdan başladığını bildirib.
Onun sözlərinə görə, hələ Yaşar Vahabzadəyə baş məşqçiliyi dövründə olan haqsızlıqlar, klub rəhbərliyinin yaratdığı problemlər özünün baş məşqçiliyi dönəmində də davam edib: "Gəncə şəhər stadionuna kimyəvi turşu töküb ot örtüyünü yandırdılar ki, komanda Qəbələdə oynasın, məğlubiyyət seriyalarını davam etdirsin və məni rahat qova bilsinlər.
Heç bir şəraitin yaradılmaması, "Kəpəz" Futbol Akademiyasının bəzi məşqçilərini üstümə qaldırmaları, mənim məşqçi korpusumun üstünə devaya göndərmələri, idman direktoru Mehman Allahverdiyev və onun dəstəsinin mənə qarşı etdiyi haqsızlıqlar, ona dəstək verən adamların mövcudluğu - hansılar ki, imkan vermirdilər, "Tərlan Əhmədov buradan tez getsin, burada yalnız gəncəlilər işləməlidir" deyirdilər".
Əhmədov bildirib ki, ondan sonra da eyni hallar yaşanıb: "Məni əvəzləyən Azər Məmmədov da nəticə verə bilmədi və getdi.
Adil Şükürov gəldi, nəticə verdi, amma sonrakı ildə özü yığdığı komanda ilə nəticə əldə edə bilmədi.
Azər Bağırov gəldi, nəticə verdi, onu da qovdular. Yəni, məndən sonrakı məşqçiləri də elə 6-7 aydan sonra qovurlar.