Tərlan Məmmədov dəfn olundu Yenilənib

07.02.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Tərlan Məmmədov Yevlax Şəhidlər xiyabanında dəfn olunub.
Yeniavaz.com
xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


***13:58
Birinci Qarabağ müharibəsinin itkin şəhidlərindən Tərlan Fikrət oğlu Məmmədovun nəşinin qalıqları dəfn olunması üçün Yevlax rayonunun Aran qəsəbəsinə gətirilib.
Yeniavaz.com
xəbər verir ki, şəhidin nəşinin qalıqları burada onun ailəsinə təhvil verilib.
Qeyd edək ki, o, İmişli rayonunun Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.
Tərlan Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.


Esmira Hidayətova, Yevlax
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью