Tərlan Novruzov vəfat etdi FOTO

06.06.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Professor Tərlan Novruzov 78 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə ölkə.az-a onun yaxınları məlumat verib.

Bildirilir ki, mərhum uzun müddət xəstəlikdən əziyyət çəkib.

Ədəbiyyatçı alim 1993-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. Professor Tərlan Novruzov bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən "Sabir irsinin tədqiqi və təbliği", "M.Ə.Sabir ədəbi məktəbi", "Sabir və davamçıları", "Müasir şeirimizdə Sabir ənənələri" kitablarının müəllifidir. 

Allah rəhmət eləsin!

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью