Tərlan Novxanı özbək müğənni ilə duet oxuyub

31.07.2025

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tərlan Novxanı yeni layihələrindən danışıb.

AZXEBER.COM xəbər verir ki, o bu haqda "Qonaqcanlı" verilişində söz açıb.

Müğənni Özbəkistanın əməkdar artisti Uluqbek Rəhmatullayev ilə duet oxuduqlarını bildirib:

"Bu əslində çoxdan ərsəyə gəlməli idi. Sadəcə olaraq o, çox məşqul adamdır, gündə bəlkə 7-8 toyu olur. Neçə ildir ki, bu dueti hazırlamağa çalışırıq, vaxt baxımından alındıra bilmirdik. Mahnı hazırdır, klip çəkilişimiz də oldu, hazır olandan sonra təqdim olunacaq. Xərcləri də yarı-yarıya qarşılamışıq. Mahnının sözləri və musiqisi mənim olduğu üçün, studiya xərclərini o öz üzərinə götürüb, klipin xərcini isə hər ikimiz çəkmişik".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью