Terminlər və izahı: Annuitet ödəniş nədir?

29.09.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir.

Yəni, annuitet ödəniş zamanı siz qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit və faizi) ödəyirsiniz. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.

Bu söz Latın sözü olub, «Annus» (il) sözündən götürülmüşdür. Termin olaraq borc məsələlərində istifadə edilir. Banklar üçün annuitet ödəniş sistemindən istifadə sərfəli hesab olunur. Çünki banklar bu zaman faizlərdə daha çox mənfəət qazanırlar.

Borcalanlar üçün isə bu sistemin yeganə üstünlüyü,  aylıq ödənişlərin bəbabər olmasıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью