Terminlər və izahı: İstehlak qiymətləri indeksi nədir?

09.10.2025

Icma.az, Banco.az saytına istinadən bildirir.

İstehlak qiymətləri indeksi müəyyən vaxt intervalı çərçivəsində əhali tərəfindən qeyri-istehsal məqsədilə istehlak edilən mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin dəyişməsini xarakterizə edən indeksdir.

Buraya bütün zəruri tələbat malları (ərzaq və qeyri-ərzaq) və xidmətləri daxil edilir.

Terminlər və izahı: Açıq bazar əməliyyatları nədir? Terminlər və izahı: Pul bazası nədir?

Hər bir mal və xidmətin bu indeks əsasında formalaşan səbətdə öz xüsusi çəkisi vardır və ayrı-ayrı komponentlərin qiymət dəyişməsi bu çəkilərə uyğun olaraq yekun indeksin formalaşmasında iştirak edir. İstehlak Qiymətləri İndeksi Dövlət Statistika Komitəsi tərəfindən hesablanır. 

Mənbə: cbar.az 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью