Ternopolda 3 günlük matəm elan edilib

19.11.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 19 noyabr, AZƏRTAC

Rusiya silahlı qüvvələrinin səhər tezdən Ukraynanın Ternopol şəhərinə etdiyi raket və dron hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb, 70-dən artıq insan xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ternopol şəhər Şurası baş verən faciə ilə bağlı noyabrın 19-dan 21-dək matəm elan edib.

Həlak olanlardan 3-ü, xəsarət alanlardan 15-i uşaqdır. Həmçinin 150-dən çox insana yardım göstərilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью