Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi" - DEPUTAT Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistan dövlətinin və xalqının işğalçı mahiyyətinin bir daha təsdiqidir.
Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi.
O, açıq şəkildə etiraf etdi ki, azərbaycanlıları zorla öz torpaqlarından deportasiya ediblər.
Keçmiş Ermənistan prezidentinin qeyd etdiyi bir neçə məqam xüsusi olaraq diqqət çəkir: üç rayonda, Vardanes ( Basarkeçər), Masis ( Zəngibasar) və Amasiyada (Ağbaba) azərbaycanlıların çoxluq təşkil etməsi, 1988-ci ilə qədər Ermənistanda 170 min soydaşımızın yaşaması ( hərçənd bu rəqəm 200 mindən çox idi) və bir də dövlət qurmaq naminə azərbaycanlıların qovulması faktları.
Bütün bunlar, onların öz dillərində səsləndirdiyi fikirlər Qərbi Azərbaycan həqiqətlərinin tarixi əsaslara söykəndiyinin göstəricisidir.
Levon Ter-Petrosyan və ondan sonrakı Ermənistanın iki prezidenti Koçəryan və Sarkisyan faşist ideologiyasına xidmət edən, əlləri minlərlə azərbaycanlının qanına batmış cinəytkarlardır.
Onlar törətdiyi əməllərə görə beynəlxalq hüquq çərçivəsində cavab verməlidirlər.