Terror aktı hazırlayan polis saxlanıldı

18.09.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransada terror aktı planlaşdırmaqda şübhəli bilinən polis saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə TF1 məlumat yayıb.

Məlumata görə, 35 yaşlı polis əməkdaşı avqustun 23-də İl-de-Frans bölgəsinin İvelin departamentindəki polis bölməsindən çıxarkən həbs edilib:

“O, dövlətin maraqlarına qarşı hücum hazırlamaqda, o cümlədən digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücum planlaşdırmaqda, həmçinin ifrat sağçı hərəkatla əlaqələrdə ittiham olunur. 3D çap texnologiyasından istifadə edərək silah istehsal etməkdə də şübhəli bilinib. Axtarış zamanı polisin evində silah hissələri də tapılıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью