Terror aktı törədildi 3 polis öldü

06.02.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pakistanda nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində üç polis ölüb, beşi isə yaralanıb.

Avtosfer.az xəbər verir ki, hücum Xayber Paxtunxva əyalətinin şimal-qərbindəki Karak rayonundakı polis idarəsində baş verib.

Polis idarəsindən verilən məlumata görə, polisin cavab atəşindən sonra terrorçular ağır silahlarla hücuma keçib və hadisə yerindən qaçıblar. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью