Terror aktı törətməyə cəhd edən şəxs saxlanılıb

28.03.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiya xüsusi xidmət orqanları Moskvada terror aktının qarşısını alıb.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda Rusiya mediası yazıb.

Bildirilib ki, terror aktı törətmək istəyən şəxs Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən işə götürülən rusiyalı olub.

O, paytaxtda yerləşən inzibati binaların birinə partlayıcı qurğu yerləşdirməyi planlaşdırırmış.

Saxlanılan şəxsin üzərindən çəkisi beş kiloqram olan partlayıcı qurğu aşkar edilib. 

Vilayət Muxtar
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью