Terror təşkilatından Şaraya qədər qalmaqallı siyahı! Türkiyəyə meydan oxudular

02.02.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya hökuməti ilə SDF arasında əldə olunan inteqrasiya razılaşmasının bu gün icrasına başlanacağı gözlənilsə də, son hadisələr prosesin sabit və problemsiz olmadığını göstərir.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, PKK/YPG terror təşkilatı razılaşmanın icrası əvəzinə, prosesi qəsdən ləngitmək və sabotaj etmək istiqamətində addımlar atır.

Məlumata görə, PKK/YPG inteqrasiya çərçivəsində Dəməşq rəhbərliyinə təqdim etdiyi namizədlərlə prosesə açıq şəkildə meydan oxuyur. Bildirilir ki, təşkilat illərdir Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı silahlı fəaliyyətlərdə iştirak etmiş, Qəndil xəttindən gələn və PKK ideologiyasına sadiqliyi ilə tanınan şəxsləri Suriya dövlət strukturlarına inteqrasiya ediləcək kadrlar kimi irəli sürür.

PKK/YPG tərəfindən müdafiə nazirinin müavini vəzifəsinə namizəd göstərilən şəxslərdən birinin Qəndil qrupunun tanınmış simalarından olan və Cəmil Bayıkla yaxın əlaqələri ilə bilinən Bedran Çiyakurd olduğu qeyd olunur. Təhlükəsizlik qeydlərinə əsasən, Çiyakurdun keçmişdə Türkiyəyə qarşı bir sıra silahlı əməliyyatlarda iştirak etməsi Dəməşq rəhbərliyi tərəfindən qəbul olunması ehtimalını xeyli azaldır.

Digər tərəfdən, Haseke valiliyi üçün irəli sürülən Nurəddin İsa (Əbu Ömər Hanika) da diqqət çəkən namizədlər arasındadır. Qamışlıda yerləşən Əlayə Həbsxanasının keçmiş direktoru olan İsanın PKK sıralarında uzun illər Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı münaqişələrdə iştirak etdiyi bildirilir. Məzlum Abdi ilə yaxın əlaqələri nəzərə alındıqda, onun namizədliyinin təşkilatın inteqrasiya razılaşmasına yanaşması ilə bağlı suallar doğurduğu qeyd olunur.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью