Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mənbicdə terrorçuların yük maşınlarının keçə biləcəyi nəhəng tunel şəbəkəsi tapılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Milli Ordusunun (SMO) başlatdığı "Azadlıq Şəfəq" əməliyyatı çərçivəsində Mənbic rayonunda terror təşkilatı PKK/YPG-yə aid geniş tunel şəbəkəsi aşkar edilib.
Anadolu Agentliyinin (AA) çəkdiyi görüntülərə görə, bu tunellər bəzi nöqtələrdə 7 metr hündürlüyə qədər genişlənib və yük maşınlarının asanlıqla keçə biləcəyi ölçüdədir.
Tunellərin uzunluğunun bəzi yerlərdə 5 kilometrə çatdığı bildirilib.
Tunel şəbəkəsinin Mənbic şəhərinin şərqindəki Karakozak körpüsü yaxınlığında dağ və təpələrdə qazılaraq yaradıldığı açıqlanıb.
Həmin tunellər, PKK/YPG-nin silah və təchizatlarını gizlətmək, eyni zamanda bölgələrarası nəqliyyatı təmin etmək məqsədilə inşa edilib.
Təhlükəsizlik qüvvələrinin əməliyyatları davam edərkən, tunellərin içərisində armatur və beton divarların istifadəsi, həmçinin piyada girişi və havalandırma üçün açılmış çuxurların olması diqqət çəkib.