Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Türkiyə Bəşər Əsədə öz xalqının taleyinə biganə qalmaması ilə bağlı çağırışlar etmişdi və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən proseslərin çox böyük bir skandala çevrilməsinin qarşısı almaq üçün dəfələrlə Suriya hakimiyyətinə öz təkliflərini yönəltmişdi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, ancaq təəssüflər olsun ki, B.Əsəd başda olmaqla Suriyanı idarə edənlər Türkiyə Prezidentinin uzatdığı ələ cavab vermədilər: “Nəticədə Türkiyənin təklif etdiyi rasional siyasətin yerinə tamamilə dağıdıcılığa və xaosa xidmət edən addımı atdılar.
Bütün bunların nəticəsidir ki, bu gün Suriya dövlətinin hansı problemlərlə üz-üzə qaldığını çox açıq formada hər birimiz müşahidə edirik.
Əlbəttə, Suriya Türkiyə qonşu ölkədir. Suriyadan bir xeyli miqrant Türkiyə ərazisindədir.
Əvvəla, nəzərə almaq lazımdır ki, suriyalı mühacirlər Türkiyə cəmiyyəti içərisində müəyyən fikir ixtilaflarına səbəb olurdu.
Bu gün artıq Suriya tam şəkildə öz vətəndaşlarını qəbul etməyə başlamalıdır.