Terrorçuların toplaşdığı məşhur şəhərdə əməliyyat başladı

08.12.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Azad Suriya Ordusu terror təşkilatları olan PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” telekanalı yayıb.

Məlumata görə, ordu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib. Hazırda ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Bir sıra mənbələrdə ordunun Mənbicin mərkəzinə daxil olduğu qeyd edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью