Terrorçuluq barədə yalan məlumat verən şəxs hakim qarşısında

26.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses iyunun 10-na təyin edilib.

Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur. Həmin maddənin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью