Terrorçuluqda şübhəli bilinən şəxs həbs edilib

12.03.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İspaniya polisi Melilla muxtar şəhərində terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb. Demokrat.az xəbər verir ki, bu barədə Europa Press agentliyi məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan şəxs ağır mühafizə altında Melilladakı polis qərargahına aparılıb. Adamın məhkəməyə gətirilmək üçün təyyarə ilə Madridə aparılması planlaşdırılır. 
Bu, Melillada bu il ikinci belə əməliyyatdır. Yanvarın 29-da hüquq-mühafizə orqanları iki şübhəli şəxsi saxlayıb, onlardan biri sonradan məhkəmənin qərarı ilə həbs edilib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью