Terrorçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

30.04.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin cinayət işi üzrə məhkəmə başlayır.

Axar.az xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İş hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib.

Qeyd edək ki, Zeynəddin Hacıyev Cinayət Məcəlləsinin 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью