Terrordan azad Türkiyə | Icma.az
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
42 illik mücadilənin uğurlu sonu Türkiyənin terrorla mübarizəsi artıq 42 ildir davam edir.
Türkiyə Cümhuriyyəti qurulandan bəri ölkə bir tərəfdən hərbi çevrilişlərə, digər tərəfdən isə PKK, FETÖ, DHKP-C və İŞİD kimi müxtəlif terror təşkilatlarının hücumlarına məruz qalmışdır.
Türkiyədə çevrilişlər təkcə demokratiya və insan haqlarını hədəfə almadı, qardaşı qardaşa qarşı qoydu.
Bu, həm də Türkiyənin bölgədə siyasi və iqtisadi baxımdan xarici asılılığını artıran, milli təhlükəsizliyini və iqtisadi inkişafını hədəf alan təxribatlar idi.
Çevrilişlərlə Türkiyənin yolunu kəsə bilməyən xarici qüvvələr, təəssüf ki, məqsədlərinə əsasən qonşularımızın ərazilərində yaratdıqları muzdlu terror təşkilatları ilə çatmaq istədilər.
Bir müddət Ermənistanın ASALA terror təşkilatı vasitəsilə xarici nümayəndəliklərimiz və diplomatlarımız hədəf alındı.
Türkiyə ASALA-nı öz kəşfiyyat üsulları ilə zərərsizləşdirməyə nail oldu. Ardınca isə PKK terror təşkilatını qurdular.
Tam oxu
Xəbəri oxu