“Terrorla mübarizə apardığımız bölgəni neft hasil edən yerə çevirdik”

26.01.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Şırnak Qabarda gündəlik neft hasilatının 75 min barrelə çatdığını açıqlayıb.

SİA-nın məlumatına görə, “X” sosial media platformasındakı video paylaşımında Türkiyə Cümhuriyyəti tarixindəki ən böyük neft kəşfinin Qabardan gəldiyini söyləyən Bayraktar bunları qeyd edib: “Yüzlərlə, minlərlə şəhidimizi itirdiyimiz, terrorla mübarizə apardığımız o bölgədə Türkiyə Cümhuriyyəti tarixində ən böyük neft ehtiyatını kəşf etdik. Allaha şükürlər olsun ki, oranı çox qısa bir zamanda gündə təxminən 75 min barel neft hasil edən yerə çevirdik.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью