Terrorla mübarizə PKK nı çökdürdü: Təşkilat silahı yerə qoyacağını açıqladı

01.03.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin ölkə daxilində və sərhədlərindən kənarda apardığı terrorla mübarizə əməliyyatları PKK-nı çökdürüb.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, başqa çıxış yolu qalmayan terror təşkilatı, İmralıda həbsdə olan liderinin “PKK özünü buraxmalı, bütün qruplar silah qoymalıdır” çağırışına əməl edəcəyini bəyan edib.  

Prezident Rəcəb Tayyib Ərdoğan isə bu qərarla terror təşkilatının bütün bəhanələrinin aradan qalxdığını bildirib.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью