Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“Pənah bəy isə mənə tövsiyə edir ki, get, polisə müraciət et, özünə mühafizə istə. Ona cavab verdim ki, siz nə danışırsız, mən burada öz şəxsi canımı müdafiə etmirəm, mən ölkəmi, dövlətimi, müstəqil dövlətçiliyimizi müdafiə edirəm. İkincisi də...”
"Sadəcə xoş şəkildə, emosiyaları yatırdacaq bir qaydada, bir ziyalı kimi müraciət edin, bildirin ki, bu məsələləri dərinləşdirmək lazım deyil, bütün bunlar yersiz qarşıdurmalara-filana gətirib çıxara bilər..."
“Yalnız sabiq baş nazir və keçmiş AXP sədri Pənah Hüseyn telefon etdi mənə. Heç sanki bu ölkədə hansısa siyasi partiya, müxalifət-filan yoxdur. Pənah bəy isə mənə tövsiyə edir ki, get, polisə müraciət et, özünə mühafizə istə. Ona cavab verdim ki, siz nə danışırsız, mən burada öz şəxsi canımı müdafiə etmirəm, mən ölkəmi, dövlətimi, müstəqil dövlətçiliyimizi müdafiə edirəm. İkincisi də, bəs sizlər mənim siyasət meydanındakı həmkarlarım dura-dura mən nədən qorxmalıyam ki, gedib hüquq-mühafizə orqanlarına müraciət edim. Sizlər bu işdə mənə dəstək verməli deyilsinizmi?
Bu sözləri Moderator.az-a açıqlamasında “Məlum çıxışınızla bağlı müəyyən radikal qruplar tərəfindən haqsız olaraq terrorla hədələnməyinizdən sonra partiya sədrlərindən, ictimai-siyasi fəallardan kimsə sizə heç olmasa zəng edib mənəvi dəstək-filan verdimi?” sualını cavablandırarkən ADP sədri Sərdar Cəlaloğlu söyləyib.
“Ona dedim ki, söhbət başqa xalqdan getmir- Azərbaycan xalqından gedir... Ermənilərin işğalçılıq planları bitdi, indi də digər radikallar ərazi iddialarına başlayıb, Naxçıvana belə, iddia edirlər... Mənim həyatım bu vətənin, bu torpağın yanında ikinci dərəcəlidir. Amma sizlər də, Azərbaycanın siyasi dairələri də, özgə vaxtlarda müxtəlif platformalarda, “YouTube” kanallarında, saytlarda Turandan, türkçülükdən dəm vuran digər ictimai-siyasi fəal, ziyalı hesab edilənlər də bu məsələ ilə bağlı öz qəti və açıq mövqelərini bildirməlisiz. Sadəcə xoş şəkildə, emosiyaları yatırdacaq bir qaydada, bir ziyalı kimi müraciət edin, bildirin ki, bu məsələləri dərinləşdirmək lazım deyil, bütün bunlar yersiz qarşıdurmalara-filana gətirib çıxara bilər... Və bilin ki, mənim də həyatım torpağımdan, Vətənimdən vacib deyil...”
Sultan Laçın