“Terrorsuz Türkiyə” hədəfində son mərhələ

11.07.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Terrorsuz Türkiyə” məqsədinin son mərhələsi başlayıb. PKK terror təşkilatından bir qrup İraqın Süleymaniyyə şəhərində silahlarını məhv edib.
Missiya.Az
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə nəhayət yarım əsrlik terror bəlasından xilas olur.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının təşəbbüsü və prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqeyi ilə dəstəklənən “Terrordan Azad Türkiyə” hədəfi son mərhələyə qədəm qoyub.

Daha əvvəl dağıldığını elan edən terror təşkilatı PKK silahı yerə qoymağa başlayıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью