“Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərar nə vaxt veriləcək?

15.10.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Milli Təhlükəsizlik Şurası “Terrorsuz Türkiyə” prosesi ilə bağlı yekun qərarı ilin sonunadək qəbul edə bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum deyib.

“PKK ilə əlaqəsi olan şəxslər prokurorluq orqanlarına şəxsən və ya vəkilləri vasitəsilə müraciət edə biləcəklər”, – deyə o bildirib.

Mehmet Uçum yeni qanunu terrorizm probleminin 50 ildən sonra tamamilə aradan qaldırılması üçün bir fürsət adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью