Tərtər çayında uşaq batıb

31.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tərtər çayında uşaq batıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.

Aparılan axtarış tədbirləri nəticəsində uşağın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью