Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Daxili işlər orqanlarında yeni təyinat olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
Polis kapitanı Mədət Qafarov bu vəzifəyə təyinat alıb.
Buna qədər o, Bərdə RPŞ Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, sözügedən vəzifəni 2022-ci ildən polis mayoru İldırım Alıyev icra edirdi.
Əli Hüseynov