Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tərtər, 13 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC Tərtər şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə təmirə ehtiyacı olan küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2025-ci ilin ilk günlərindən başlayaraq Tərtər şəhərinin Üzeyir Hacıbəyov, Mahir Əsədov, Vüqar Həsənov, Füzuli Rüstəmov, Mehman Dadaşov, Səməd Vurğun, Aysənan Abbasov, Məftun Əhmədzadə küçələri asfaltlanıb.
Küçələrdə elektrik, qaz, su və telekommunikasiya xətləri də qaydaya salınıb.Hazırda Elman Səfərov küçəsində şəhid və qazı ailələri üçün inşa edilmiş yaşayış binalarının həyətində abadlıq işləri həyata keçirilir, yeni asfalt örtüyü salınır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.