Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tərtərdə ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.
30 yaşlı Abışov Cəsarət Möhlət oğlunun idarə etdiyi "VAZ-21907" markalı avtomobil əvvəlcə qarşıdan sola dönən 22 yaşlı Ağayev Emil Müşviq oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobilə, daha sonra dəmir boruya çırpılıb.
Nəticədə "VAZ-2107"nin sərnişini, 24 yaşlı İsbəndiyarov Yaqub Raqub oğlu aldığı xəsarətlərdən yerindəcə keçinib. Digər sərnişin 22 yaşlı Ümüd Xıdırov və "VAZ-21011"in sürücüsü Emil Ağayev xəsarət alaraq, rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.