Tərtərdə 55 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

22.08.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərtərin Bayandurlu kəndi ərazisində “Hyundai” markalı avtomobilin yolu keçən piyadanı vurması nəticəsində 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlu ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı avtomobili Xoruzlu kənd sakini Tural Nəbiyev idarə edib. Sürücü yaralanan piyadanı xəstəxanaya aparmağa çalışsa da, Qəribxan Əliyev yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью