Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tərtər, 25 aprel, AZƏRTAC
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Bərdə-Ağdam avtomobil yolunun kənarlarında 250 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.