Tərtərdə AĞIR QƏZA: 5 nəfər... FOTO

01.10.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Tərtər rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə Ağdam-Mingəçevir marşrutu üzrə hərəkətdə olan “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə, mikroavtobusda olan 5 sərnişin xəsarət alıb. Yaralılar Ağdam Təcili Tibbi Yardım bölməsinin əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью